"Sabah"da 3 yeni müqavilə - RƏSMİ

"Sabah"da 3 yeni müqavilə - RƏSMİ

"Sabah" klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.

Mediasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov 2024/2025 mövsümündə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Sabah" başa çatan mövsümdə Azərbaycan Basketbol Liqasının qalibi olub.