"Sabah" bu gün sonuncu oyununu keçirəcək - FİBA Avropa Kuboku
FİBA Avropa Kubokunun müntəzəm mövsümündə yarışan "Sabah" bu gün qrupda sonuncu oyununu keçirəcək.
Mediasport.az xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan çempionu Bakıda Çexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq.
Bakı İdman Sarayında təşkil olunacaq duel saat 19:00-da başlanacaq.
Aktivində 6 xal olan “Sabah”ın II mərhələyə vəsiqə qazanmaq şansı qalmayıb.
İkinci pillədə qərarlaşan çexlər Türkiyə təmsilçisi "Bağçaşəhər" kimi 9 xala malik olsalar da, İstanbul klubu daha yaxşı göstəricilərə görə 1-ci yerdədir.