"Sabah" finala çıxdı
Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "Xırdalan" və "Sabah" komandaları arasında yarımfinal seriyasının ikinci oyunu keçirilib.
mediasport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyun "Sabah” basketbolçularının qələbəsilə yekunlaşıb - 83:77.
Masazır təmsilçisi bu qələbə ilə yarımfinal seriyasını 2:0 hesabı ilə qazanaraq finala vəsiqəni təmin edib. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Deymon Makdouel (34 xal, 4 ribaund), və "Sabah"dan Entoni Patti (25 xal, 7 ribaund) olublar.