"Sabah" ardıcıl ikinci dəfə uduzdu

"Sabah" ardıcıl ikinci dəfə uduzdu

Basketbol üzrə Avropa Kubokunda yeganə təmsilçimiz "Sabah" bu gün ilk ev görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz doğma azarkeşlər önündə "Marussi"yə (Yunanıstan) uduzub.

"Sabah" G qrupunun ilk turunda Belçikanın "Spiru" kollektivinə minimal fərqlə məğlub olmuşdu - 81:82.

Avropa Kuboku. G qrupu. 2-ci tur

16 oktyabr

"Sabah" (Azərbaycan) - "Marussi" (Yunanıstan) 70:82

Hakimlər: Marius Çiulin (Rumıniya), Kirile Tvauri (Gürcüstan) və Vlad-Teodor Kotrobas-Daskalu (Rumıniya).

Bakı İdman Sarayı.