"Sabah" "Əl-Sədd"lə qarşılaşacaq

"Sabah" "Əl-Sədd"lə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi məlum olub.

Klubdan “MediaSport”a verilən məlumata görə, Masazır təmsilçisi Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşacaq.

Matç iyulun 9-u yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) “Kematen” stadionunda keçiriləcək.