"Şamaxı"da növbəti ayrılıq
"Şamaxı" daha bir futbolçu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, komanda müqavilə müddəti başa çatan Roman Hüseynovla anlaşmanı yeniləməyib.
Qeyd edək ki, bölgə təmsilçisi daha əvvəl baş məşqçi Ramiz Məmmədov, futbolçulardan Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov və Samir Məhərrəmli ilə vidalaşıb.