Fəxri prezident Abdulbari Gözəl "Qarabağ" rəsmiləri ilə görüşüb

Fəxri prezident Abdulbari Gözəl "Qarabağ" rəsmiləri ilə görüşüb

"Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdulbari Gözəl klubun rəsmiləri ilə görüşüb.

Mediasport.az xəbər verir ki, o, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Əmrah Çəlikəl, Asif Əsgərov, Rafiq Şahverdiyev, Nazim Quliyev və baş məşqçi Qurban Qurbanovu qəbul edib.

Fəxri prezidentə komandanın 2023/24 mövsümündə qazandığı Azərbaycan Premyer Liqasının çempionluq kuboku və Azərbaycan kuboku təqdim olunub. A.Gözəl komandamızın avrokuboklarda uğurla çıxış etməsi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olması münasibətilə klubun rəhbərliyi, baş məşqçisi, texniki heyəti, futbolçuları və uğurlarda əməyi keçən bütün əməkdaşlarını təbrik edib.

Fəxri prezident komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb. O, indiyədək olduğu kimi, bundan sonra da “Qarabağ”a lazım olan maddi və mənəvi dəstək verəcəklərini, komandaya inamını da dilə gətirib.