"Abşeron" son çempiona uduzdu
Azərbaycan Basketbol Liqasında 3-cü turun görüşləri yekunlaşıb.
Mediasport.az xəbər verir ki, "Abşeron" doğma azarkeşlər önündə son çempion "Sabah"a uduzub - 59:75.
Buna qədər "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63), "Gəncə" "Ordu"nu (82:61), "Lənkəran" "Quba" nı (86:81), "Şəki" isə "Sumqayıt"ı (101:61) məğlub edib.