4 azərbaycanlı idmançı dünya çempionatına vəsiqə qazanıb

  4 azərbaycanlı idmançı dünya çempionatına vəsiqə qazanıb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası (ABF) tərəfindən keçirilən turnirdə milli yığmanın dörd idmaçısı dünya çempionatına vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, fevralın 27-dən martın 2-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək mundialda Ramin Səməndərov, Seyhun Ağayev, Yəhya Məmmədov, Azər Hacıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək yarışda Azərbaycanı təmsil edəcəklər.

ABF-nin prezidenti Emil Tağıyev əsas hədəflərinin medal qazanmaq olduğunu söyləyib:

"İdmançılarımız yarışa yaxşı hazırlaşıblar. Məşqlər hələ də davam edir. Güman edirəm ki, yaxşı nəticə göstərə biləcəyik. Dünya çempionatına Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacağıq".