"Sabah"da ilk ayrılıq RƏSMİləşdi

"Sabah"da ilk ayrılıq RƏSMİləşdi

Avropa Konfrans Liqasına hazırlaşan "Sabah"da ilk ayrılıq rəsmiləşib.

Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi hücumçu Davit Volkovla yolları ayırıb.

Gürcüstanlı forvardla başa çatan müqavilə yenilənməyib.

Volkov 2022-ci ildən "bayquşlar"ın formasını geyinirdi, 58 oyunda 16 qolla yadda qalıb.