"Neftçi" Qara Qarayevlə vidalaşdı

"Neftçi" Qara Qarayevlə vidalaşdı

“Neftçi” Qara Qarayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Mediasport.az xəbər verir ki, 2023-cü ilin iyulunda transfer olunmuş yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 28 rəsmi oyun keçirib.

Azərbaycan millisinin sabiq üzvü 1 qolla yadda qaldı.