Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

 Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanıb. 

Mediasport.az xəbər verir ki, üzgüçümüz Məryəm Şeyxəlizadəxangah 4 illiyin ən mötəbər turnirində iştirak etmək hüququ əldə edib.

Bununla da Fransa paytaxtında keçiriləcək olimpiadada ölkəmizin lisenziyalarının sayı 49-a yüksəlib.