2027-ci ildə dünya çempionatı Braziliyada keçiriləcək - RƏSMİ
Qadınlar arasında futbol üzrə dünya çempionatının növbəti ev sahibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, mundial 2027-ci ildə Braziliyada keçiriləcək.
Bu barədə yekun qərar FİFA-nın Tailandın paytaxtı Banqkokda keçirilən 74-cü Konqresində çıxarılıb.
Dünya futbol təşkilatı Belçika, Niderland və Almaniyanın yarışa birgə evsahibliyinə müsbət yanaşmayıb.
Meksika və ABŞ isə ötən ayın sonlarında namizədliklərini geri götürüb.
Qeyd edək ki, ötən il baş tutmuş son DÇ Yeni Zelandiyada təşkil edilib və İspaniya milli komandası çempion olub.