"Turan Tovuz" azarkeşlərinə görə 1800 manat cərimə ödəyəcək

"Turan Tovuz" azarkeşlərinə görə 1800 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda Premyer Liqanın 24-cü turunda baş verən neqativ hallara dair qərarlar çıxarılıb.

“Turan Tovuz” azarkeşlərin intizamsız davranışına görə cəzaya məruz qalıb.

Qərb təmsilçisinin fanatları "Neftçi" ilə ev matçında meydana kənar əşyalar atdıqları üçün klub cərimələnib.

Tovuz təmsilçisi buna görə 800 manat cəza alıb. Tovuzlular rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdikləri üçün və bu hal mövsümdə üçüncü dəfə yaşandığından, “Turan Tovuz” daha 1000 manat ziyana düşüb.

Eyni zamanda, qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılan 6 ədəd oturacağa görə stadiona dəyən zərər “Neftçi” tərəfindən ödənilməlidir.