Azərbaycan klubu millinin forvardını transfer etdi - RƏSMİ
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, Samir Abasovun komandası son klubu “Anortosis” (Kipr) olan Çad millisinin üzvü Kazimir Ninqa ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı cinah hücumçusu “11” nömrəli formada çıxış edəcək.
O, daha əvvəl “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa) və “Sivasspor” (Türkiyə) klublarında da çıxış edib. Çad yığmasında 18 oyuna 5 qol vurub.