Azərbaycanın iki voleybol hakimi Çempionlar Liqasına təyinat aldı

  Azərbaycanın iki voleybol hakimi Çempionlar Liqasına təyinat aldı

Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib.

Mediasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova avrokubok yarışlarına təyinat alıblar.

E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının B qrupunda “Fənərbağça Medikana İstanbul" (Türkiyə) - “Mint Vero Volley Monza” (İtaliya) komandalarının matçında ikinci hakim olacaq.

Qarşılaşma bu gün yerli vaxtla saat 19:00-da “Burhan Felek Voleybol Salonu”nda keçiriləcək.

N.İsmayılova isə bu gün Bolqarıstanın paytaxtı Sofiyada kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının E qrupunun “Levski” (Bolqarıstan) və “Lüneburq” (Almaniya) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.