“Su İdmanı Sarayı” tərəfdaşlıq memorandumu imzalayıb

“Su İdmanı Sarayı” tərəfdaşlıq memorandumu imzalayıb

“Su İdmanı Sarayı” və Dənizkənarı Bulvar İdarəsi arasında anlaşma memorandumu imzalanıb.

Mediasport.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov və “Su İdmanı Sarayı” MMC-nin direktoru Zaur Yaqubov tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Anlaşmada əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin icrası, mövcud təcrübəninin bölüşülməsi kimi məsələlər öz əksini tapıb.

İdman, əyləncə və müxtəlif xarakterli layihələrin təşkili istiqamətində əməkdaşlıq qurulacaq.