Millətlər Liqasında hansı yığmanın hansı liqada oynayacağı dəqiqləşdi
Dünən reallaşan 9 qarşılaşma ilə UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu.
Mediasport.az xəbər verir ki, son oyunların ardından bəzi millilərin növbəti turnirə başqa liqada başlayacağı rəsmiləşdi.
Azərbaycan yığmasının ən aşağı - D Divizionuna yuvarlanması kimi.
A Liqasında ilk iki pillənin sahibləri - Portuqaliya, Xorvatiya, Fransa, İtaliya, Almaniya, Niderland, İspaniya və Danimarka seçmələri "Dördlər finalı"na vəsiqə qazanıblar.
Bosniya və Herseqovina, Polşa, İsrail və İsveçrə milliləri B Liqasına düşüblər.
B Liqasından İngiltərə, Çexiya, Norveç və Uels A Divizionuna yüksəlib.
İsveç, Şimali İrlandiya və Şimali Makedoniya C Divizionundan B Liqasına qalxıb.
Albaniya, Finlandiya, Qazaxıstan və Monteneqro milliləri C Liqasında yarışacaqlar.
Azərbaycan yığması kimi, Litva da növbəti mövsüm yoluna D Liqasında davam edəcək.
Moldova və tarixi uğura imza atan San Marino isə ilk dəfə C Liqasında mübarizə aparacaq.
Avstriya, Belçika, Yunanıstan, Macarıstan, Şotlandiya, Serbiya, Türkiyə və Ukrayna A, Ermənistan, Bolqarıstan, Gürcüstan, İslandiya, İrlandiya, Slovakiya və Sloveniya B, Cəbəllütariq, Latviya, Lüksemburq və Malta kollektivləri C Liqasında yer almaq üçün pley-off matçları keçirəcəklər.
Pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 22-də İsveçrənin Nyon şəhərində baş tutacaq.