Milli komandanın sabiq futbolçusu 35 yaşında dünyasını dəyişdi

  Milli komandanın sabiq futbolçusu 35 yaşında dünyasını dəyişdi

Mərakeş milli komandasının keçmiş futbolçusu Əbdüləziz Barrada 35 yaşında vəfat edib.

Mediasport.az xəbər verir ki, sabiq yarımmüdafiəçi həyatını ürək tutmasından itirib.

Karyerasını 3 il əvvəl məhz ürək ağrılarına görə erkən başa vurmuş Barrada PSJ-nin ikinci komandası, “Xetafe”, “Marsel”, “Əl-Nəsr”, “Əl-Cəzirə”, “Antalyaspor”, “Əl-Şahaniyə” və “Ximnastik”də (Tarraqona) çıxış edib.

O, 2012-2015-ci illərdə Mərakeş yığmasının heyətində 26 oyun keçirib, 4 qol vurub.

Fransa Liqa 1-nin növbəti turunda PSJ ilə "Marsel" arasında keçiriləcək qarşılaşmadan əvvəl Barrada 1 dəqiqəlik sükutla anılacaq.