"Günlər keçdikcə komanda daha yaxşı çıxış edəcək" - Murad Dikmən

  "Günlər keçdikcə komanda daha yaxşı çıxış edəcək" - Murad Dikmən

"Hələ mövsümün əvvəlidir. Yeni bir komanda qurmuşuq. İlk görüşə görə komandam yetəri qədər istəkli və arzulu idi".

Mediasport.az xəbər verir ki, bu sözləri "Naxçıvan" basketbol klubunun baş məşqçisi Murad Dikmən deyib.

Türkiyəli mütəxəssis çempionatın ilk turunun "Neftçi" ilə səfər matçını şərh edib, 84:79 hesablı qələbə haqda danışıb:

"Günlər keçdikcə komanda daha yaxşı çıxış edəcək. Xırda əskikliklərimizi də bərpa edəndən sonra keçən ilki kimi çıxış edən bir kollektiv olacağıq. Bunun üçün zamana ehtiyacımız var. İrəliyə doğru gedərkən də qazanmaq çox vacib idi".