"Sabah"ın məşqçisi: "Azərbaycanı yüksək səviyyədə təmsil etdik"

"Sabah"ın məşqçisi: "Azərbaycanı yüksək səviyyədə təmsil etdik"

"Sabah" basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümünün D qrupunda son oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu Bakıda Çexiyanın "Nimburk" klubuna məğlub olub - 89:97.

Bakı təmsilçisinin məşqçisi Nikola Bozinovski son matç və yenilgi barədə fikirlərini bildirib:

"FİBA Avropa Kubokunda çıxışımızı başa vurduq. İlk dəfə bu turnirdə mübarizə apardığımızı nəzər alsaq, düşünürəm ki, Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik. Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ əldə etsək, daha uğurlu çıxış edə bilərik. Ehtiyat skamyamızda əsas oyunçularımızı əvəzləyə biləcək yüksək səviyyəli daha bir yerli basketbolçuya ehtiyacımız var ki, oyun ərzində rotasiya imkanlarımız genişlənsin".

"Sabah" müntəzəm mövsümdə qrup mərhələsini 7 xalla 3-cü sırada başa vuraraq mübarizəni dayandırıb.