Tacikistan millisi də pley-offa vəsiqə qazanıb - Asiya Kuboku

Tacikistan millisi də pley-offa vəsiqə qazanıb - Asiya Kuboku

Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, dünən keçirilən qarşılaşmalarda Tacikistan Livanı (2:1), Qətər Çini (1:0) məğlub edib.

Beləlik, A qrupunda qrup mərhələsinin oyunları başa çatıb: Qətər (9 xal) və Tacikistan (4 xal) növbəti mərhələyə vəsiqə qazanıb, Çin və Livan turnirdə mübarizəni dayandırıb.

Bu gün B və C qruplarında ümumilikdə 4 oyun baş tutacaq.

Asiya Kuboku

B qrupu

15:30 Avstraliya - Özbəkistan

15:30 Suriya - Hindistan

Xal durumu: Avstraliya - 6, Özbəkistan - 4, Suriya - 1, Hindistan - 0

C qrupu

19:00 İran - BƏƏ

19:00 Honkonq - Fələstin

Xal durumu: İran - 6, Birləşmiş Ərəb Əmirlikləri - 4, Fələstin - 1, Honkonq - 0