İngiltərə millisinin üzvü "Atletiko" ilə müqavilə bağladı - RƏSMİ
"Atletiko" (Madrid) yay transfer pəncərəsində növbəti keçidi reallaşdırıb.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi "Çelsi"dən Konor Qallaheri "rənglərinə bağlayıb".
İstedadlı futbolçu ilə 5 illik müqavilə bağlanıb. İspanlar keçid üçün londonlulara 40 milyon avro təzminat ödəyiblər.
İngiltərə millisinin üzvü "zadəganlar"ın heyətində 2023/24 mövsümündə bütün turnirlər daxil olmaqla, 50 oyuna çıxıb, 7 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, paytaxt təmsilçisi bu yay "Real Sosyedad"dan müdafiəçi Robin le Norman, "Vilyarreal"dan hücumçu Aleksandr Sörlot və "Mançester Siti"dən forvard Xulian Alvaresi transfer edib.