Kristiano Ronaldo 900-ə çatdı, İspaniya Serbiyada xal itirdi, San Marino yığmasından tarixi qələbə

Kristiano Ronaldo 900-ə çatdı, İspaniya Serbiyada xal itirdi, San Marino yığmasından tarixi qələbə

Futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünə dünən start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisi evdə İsveçə uduzub.

Günün maraqla gözlənilən qarşılaşmasında Portuqaliya Xorvatiyanı məğlub edib.

Matçda fərqlənən canlı əfsanə Kristiano Ronaldo karyerasının 900-cu qoluna imza atıb.

Son Avropa çempionu İspaniya yığması isə Serbiya səfərində xal itirib.

San Marino isə tarixi qələbə qazanıb. Evdə Lixtenşteyn yığmasını məğlub edən "cırtdanlar" tarixi ərzində rəsmi görüşlərdə ilk qələbələrini əldə ediblər.


UEFA Millətlər Liqası. 1-ci tur


A Liqası. 1-ci qrup

Portuqaliya - Xorvatiya 2:1

Şotlandiya - Polşa 2:3

A Liqası. 4-cü qrup

Serbiya - İspaniya 0:0

Danimarka - İsveçrə 2:0

C Liqası. 1-ci qrup

Azərbaycan - İsveç 1:3

Estoniya - Slovakiya 0:1

C Liqası. 3-cü qrup

Belarus - Bolqarıstan 0:0

Şimali İrlandiya - Lüksemburq 2:0

D Liqası. 1-ci qrup

San Marino - Lixtenşteyn 1:0