"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışları yekunlaşdı

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışları yekunlaşdı

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, birinci yeri tutan "AIX Racing" komandasından Coşua Dürksen mükafatlandırılıb.

Kuboku Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov təqdim edib.

"Dams Lucas Oil"dən Jak Kravford ikinci, "Preme Racing"dən Qabriele Mini üçüncü olub.

Azərbaycan Qran-prisi sabah başa çatacaq.