Tələbələr arasında 10 idman növü üzrə respublika çempionatı keçirilir

Tələbələr arasında 10 idman növü üzrə respublika çempionatı keçirilir

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali ixtisas təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatı keçirilir.

Mediasport.az xəbər verir ki, çempionata idmanın 10 növü ( şahmat, dama, stolüstü tennis, badminton, voleybol, basketbol, sərbəst güləş, yunan- Roma güləşi, cüdo və kəndirlə mübarizə) daxildir.

Yarışa Şahmat ilə start verilib. 19 komandanın iştirak etdiyi bu mərhələdə birinci yerə Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası çıxıb. İkinci yeri Azərbaycan Tibb Universiteti, üçüncü yeri isə Azərbaycan Mühəndislik Universiteti tutub.

Qeyd edək ki, turnir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi, Azərbaycan Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyi ilə keçirilir.