"Bu duelə çox ciddi hazırlaşmışdıq"
"Azərreyl" voleybol komandasının kapitani Aynur İmanova Azərbaycan Yüksək Liqasının 10-cu turunun "Abşeron"la görüşünü (3:2) dəyərləndirib.
Mediasport.az xəbər verir ki, o, hesabda geri düşsələrdə, sonda əzmkar qələbə qazandıqlarını söyləyib:
"İlk oyunda rəqibə məğlub olmuşduq. Bu duelə çox ciddi hazırlaşmışdıq. Mübarizəyə yaxşı başlasaq da, ilk iki setdə uduzduq. Ancaq sonda qalib gəldik. Qələbə münasibətilə həm komanda yoldaşlarımı, həm də məşqçi heyətini təbrik edirəm. Bizi dəstəklədikləri üçün azarkeşlərə təşəkkürümü bildirirəm. Baş məşqçinin fərqli təlimatları, taktikası və oyunçu dəyişiklikləri ilə oyunu çevirməyi bacardıq, qalib gəldik".
Xatırladaq ki, "Azərreyl" 10 turdan sonra 24 xalla yarışın turnir cədvəlinə başçılıq edir.