Yığmamız Balkan Kubokunda 7 idmançı ilə təmsil olunacaq

 Yığmamız Balkan Kubokunda 7 idmançı ilə təmsil olunacaq

Monteneqronun Budva şəhərində bədii gimnastika üzrə Balkan Kuboku keçiriləcək.

Mediasport.az xəbər verir ki, 26-29 sentyabrda baş tutacaq turnirdə Mədinə Dəmirova, Zəhra Cəfərova, İlona Zeynalova, Şəms Ağahüseynova, Məryəm Baloğlanova, Nur Sadıqova, Azadə Atakişiyeva iştirak edəcəklər.

Azərbaycan gimnastlarına məşqçilər Sənan Mahmudlu, Daria Lehka və Nəzrin Cəfərzadənin rəhbərlik edəcəklər.

Aysel Həsənova və Səbinə Hacıyeva Balkan Kubokunda hakim vəzifəsində iş başında olacaqlar.