Ötən ilin rəmzi komandası açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin simvolik komandasını açıqlayıb.
mediasport.az xəbər verir ki, rəmzi komanda 4-3-3 sisteminə uyğun tərtib olunub.
Qapıçı: Tibo Kurtua (Belçika/“Real”);
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş/PSJ), Yoşko Qvardiol (Xorvatiya/“Leypsiq”), Vircil Van Dayk (Niderland/“Liverpul”), Alfonso Deyvis (Kanada/“Bavariya”);
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya/“Real”), Kevin de Bruyne (Belçika/“Mançester Siti”), Lionel Messi (Argentina/PSJ);
Hücumçular: Erlinq Haland (Norveç/“Mançester Siti”), Kərim Benzema (Fransa/“Real”), Kilian Mbappe (Fransa/PSJ).