İcraiyyə Komitəsinin iclası olacaq: Fernandu Santuş istefa verə bilər

İcraiyyə Komitəsinin iclası olacaq: Fernandu Santuş istefa verə bilər

AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Mediasport.az saytına verilən məlumata görə, gündəmdə olan mövzulardan biri əsas yığma komanda olacaq.

Baş məşqçi Fernandu Santuşun fəaliyyəti ilə bağlı yeni qərar verilə bilər.

Belə ki, 6 aylıq fəaliyyəti ilə əlaqəli hesabat təqdim edəcək 70 yaşlı portuqaliyalının müqaviləsinə vaxtından əvvəl xitam verilməsi gözləniləndir.

Lakin yayda AFFA ilə 2+1 illik anlaşmaya qol çəkən portuqala "get" deyilsə, kompensasiya şərtləri ağır olacaq. Bu mənada AFFA onun gedişini özünün istəməsini gözləyir.

Xatırladaq ki, yığmamız Santuşun rəhbərliyi altında UEFA Millətlər Liqasında C Divizionundan D Divizionuna düşüb.

Dekabrın ilk ongünlüyündə baş tutacaq toplantıda Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçiləri də müəyyənləşəcək.