Rumıniya klubunun rəhbəri: "Qarabağ"ı məğlub edəcəyik"

Rumıniya klubunun rəhbəri: "Qarabağ"ı məğlub edəcəyik"

UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ"a rəqib olacaq Rumıniyanın FKSB klubunun prezidenti George Bekali maraqlı açıqlama verib.

Mediasport.az xəbər verir ki, yerli mətbuata danışan 66 yaşlı biznesmen Avroliqada komandasının qarşıdakı turlarda bütün rəqiblərini məğlub edəcəyini deyib.

Buxarest klubunun rəhbəri hədəflərinin ilk "8-liy"ə düşmək olduğunu bildirib:

“Püşkatmadan əvvəl demişdim ki, 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edəcəyik. Hələ iki qələbəmiz və heç-heçəmiz var. Düşünürəm ki, “Olimpiakos”u, sonra “Qarabağ”ı məğlub edəcəyik. İstəyirəm ki, ilk 8-liyi bitirərək pley-offa yüksələk”.

Xatırladaq ki, Azərbaycan çempionunun 7-ci tura təsadüf edəcəyi rumınlarla qarşılaşması 2025-ci il yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Avropa Liqasında geridə qalan 4 turda 3 qələbə qazanan FKSB 9 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.