Tovuz stadionunda Qənirə Paşayevanın xatirəsi yad edilib

Tovuz stadionunda Qənirə Paşayevanın xatirəsi yad edilib

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində doğma meydanda "Neftçi"ni qəbul edir.

Mediasport.az xəbər verir ki, görüşdən əvvəl srağagün dünyasını dəyişmiş Millət vəkili Qənirə Paşayevanın xatirəsi yad olunub.

Stadionda yerləşən monitorda mərhum jurnalistin fotoları nümayiş edilib.

Qarşılaşmanın start fitindən əvvəl isə Qənirə Paşayevanın xatirəsi bir dəqiqəlik sükutla anılıb.