"Sabah" "Qalatasaray"ın keçmiş üzvünü transfer etdi - VİDEO
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, nigeriyalı vinger Cesse Sekidika bundan sonra Masazır klubunun uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Sekidika karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Eskişehirspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyespor” (2023) və Belçikanın “Löven” (2021) klublarında oynayıb.
Cessi “Sabah”da 70 nömrəli formada çıxış edəcək.