"İdman TV"dən QALMAQAL yaradacaq açıqlama - "Qarabağ"ı ittiham edib postu sildilər - FOTO

"İdman TV"dən QALMAQAL yaradacaq açıqlama - "Qarabağ"ı ittiham edib postu sildilər - FOTO

"Qarabağ"la AzTV-nin "İdman" telekanalı arasında anlaşılmazlıq üst mərhələyə keçir, deyəsən.

Telekanalın Ağdam klubunun UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində Sloveniyada "Olimpiya"ya qarşı keçirdiyi görüşü əvvəldən elan etdiyi kimi, 22:00-dan yox, oyunun 70-ci dəqiqəsindən sonra yayımlamasından xəbəriniz var.

"Qarabağ" bununla bağlı açıqlama paylaşaraq bütün məsuliyyətin "İdman TV"nin üzərində olduğunu bəyan etmiş, qarşı tərəf isə cavab olaraq texniki problemi ön plana çəkmişdi.

Bu gün isə vəziyyət bir qədər fərqli mənzərə alıb. mediasport.az xəbər verir ki, dövlət televiziyasının idman kanalı bir qədər əvvəl rəsmi feysbuk səhifəsində paylaşım edərək "Qarabağ"ı ittiham edib və klubu ikitərəfli anlaşmaya məsuliyyətsiz yanaşmaqda günahlandırıb.

Maraqlıdır ki, telekanalın səhifəsi postu dərhal silib...