"Qarabağ"ı Tovuzda görmək istəyənlər 2 azn xərcə düşəcəklər

"Qarabağ"ı Tovuzda görmək istəyənlər 2 azn xərcə düşəcəklər

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə - 10-cu tura Tovuz şəhər stadionunda "Turan Tovuz" - "Qarabağ" oyunu ilə start veriləcək.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi sabah baş tutacaq qarşılaşmanın biletlərini satışa çıxarıb.

Stadionun kassalarında satılan biletlərin qiyməti 2 AZN-dən başlanır. Məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Matç saat 18:30-da başlanacaq.