"Araz-Naxçıvan" birdən-birə 13 futbolçunu yola saldı - RƏSMİ

"Araz-Naxçıvan" birdən-birə 13 futbolçunu yola saldı - RƏSMİ

“Araz-Naxçıvan” müqaviləsi başa çatan bir neçə futbolçu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, Abdulla Rzayev və İldar Alekperovun icarə müqaviləsi başa çatdığına görə hər iki futbolçu “Sabah”ın düşərgəsinə qayıdıb.

Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb.

Zamiq Əliyev Albaniyanın "Eqnatiya" klubuna keçib.

Heyətə qışda cəlb edilmiş U-21 millimizin üzvü Ramin Nəsirli ilə əməkdaşlıq daha 1 mövsümlük uzadılıb.

Naxçıvan təmsilçisi daha əvvəl Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev və Miço Kuzmanoviçlə yeni müqavilə bağlayıb, Tərlan Əhmədli, Urfan Abbasov, Ülvü İsgəndərov və Ömər Buludovu transfer edib.