Kurban Berdıyev: "Mən aqressiv olduğumu deməzdim, amma..."

Kurban Berdıyev: "Mən aqressiv olduğumu deməzdim, amma..."

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 13-cü turunun "Səbail"lə oyunundan sonra (1:1) mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı öncə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülmədik. "Səbail" daha yaxşı görünürdü. İkinci yarıda düzəlişlər etdik və düşünürəm ki, yaxşı oynadıq".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Futbolçuların süni örtükdə oynamaqdan şikayəti var?

- Xeyr, şərtlər hamı üçün eynidir. Bununla bağlı şikayət yoxdur.

Bu gün "Turan Tovuz" 2 xal itirdi, yoxsa 1 xal qazandı?

- İkinci hissəni nəzərə alsaq, 2 xal itirdik.

Aqressiv olmağınızın səbəbi nə idi?

- Mən aqressiv olduğumu deməzdim, amma istəyirdim ki, futbolçularım daha tez oynasınlar.