Bakı klubu Türkiyə Super Liqasından futbolçu transfer etdi - RƏSMİ

Bakı klubu Türkiyə Super Liqasından futbolçu transfer etdi - RƏSMİ

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan "MediaSport"a verilən məlumata görə, "dənizçilər" son mövsümü Türkiyə Super Liqası təmsilçisi “İstanbulspor”da keçirmiş müdafiəçi Adi Mehremiçlə anlaşıblar.

31 yaşlı bosniya və herseqovinalı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə bağlanıb.