"Turan Tovuz" "Kəpəz"i, "Sumqayıt" "Səbail"i məğlub etdi - YENİLƏNDİ

"Turan Tovuz" "Kəpəz"i, "Sumqayıt" "Səbail"i məğlub etdi - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tur start götürüb.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Tovuz şəhər stadionunda "Kəpəz"in nominal ev sahibliyi ilə qərb derbisi baş tutub.

Sumqayıtda isə meydan sahiblərinin rəqibi "Səbail" olub.

Turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.

3-cü tura sabah "Neftçi" - "Sabah" görüşü ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. 3-cü tur


“Kəpəz” - “Turan Tovuz” 0:3

Qollar: Xəyal Nəcəfov, 15, Roderik Miller, 20, Kristian Da Silva, 61.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev

VAR: Rauf Cabarov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Azər Əsgərov

Tovuz şəhər stadionu

“Kəpəz”: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 78. Yahor Kvalko (k), 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa.

Ehtiyat oyunçular: 1.Rojerio Santos, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 11. Orxan Əliyev, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci.

Baş məşqçi: Adil Şükürov.

"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con.

Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza.

Baş məşqçi: Kurban Berdiyev.


“Sumqayıt” – “Səbail” 2:1

Qollar: Kamran Quliyev, 87, Roy Kehat, 90+2 - Süleyman Alluş, 90.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu