"Qarabağ" heyətini dünya çempionu ilə gücləndirdi - RƏSMİ
"Qarabağ" Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşşuku transfer edib.
Mediasport.az xəbər verir ki, 24 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
"Şaxtyor"un yetirməsi olan Kaşşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində "Mariupol"un, 2022-2023-cü il mövsümündə Azərbaycanda "Sabah"ın formasını geyinib.
Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.