"Araz-Naxçıvan" "Neftçi"yə uduzdu, "Turan Tovuz"dan dramatik qələbə

"Araz-Naxçıvan" "Neftçi"yə uduzdu, "Turan Tovuz"dan dramatik qələbə

Azərbaycan Premyer Liqasında 30-cu turun görüşləri davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Avrokuboklara düşmə şansı olan "Turan Tovuz" Qəbələ səfərində dramatik matçla geridönüş edərək qələbə qazanıb.

Azər Bağırovun istefa verdiyi "Araz-Naxçıvan" isə yeni baş məşqçi Elmar Baxşıyevlə ilk sınağında "Neftçi"yə böyük hesabla uduzub.

Turun açılış matçında "Sumqayıt" "Zirə" ilə qarşılaşıb (0:0).

30-cu tura sabah keçiriləcək iki duellə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. 30-cu tur


13 aprel

"Qəbələ" - "Turan Tovuz" 1:2

Qollar: Əyyub Allaş, 49 - Aleks Souza, 82, Belajdi Pusi, 90+5.

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qəbələ şəhər stadionu, 16:30.

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 30. Şahin, Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla.

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo, 53. Elnur İbragimov.

Baş məşqçi: Kaxaber Tsxadadze.

"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 55. Raul Məmmədov, 57. Cavid Qasımov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 80. Otto Con.

Baş məşqçi: Ayxan Abbasov.

"Neftçi" - "Araz-Naxçıvan" 3:0

Qollar: Brayan Moreno, 1, Rəhman Hacıyev, 45, İqor Ribeyro, 87-avtoqol.

Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elman Musayev.

"Neftçi Arena", 19:00.

"Neftçi": 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 20. Alfa Konte.

Baş məşqçi: Miodraq Bojoviç.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriges, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.

Baş məşqçi: Elmar Baxşıyev.