"Neftçi"nin "Qarabağ"a "hədiyyəsi" yarış tarixinə antirekord kimi düşdü
"Neftçi"nin futbolçusu Robert Bauer Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qarabağ"la oyununda avtoqol müəllifi olub (0:4).
Mediasport.az xəbər verir ki, bu, cari mövsüm ilk, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.
"Ağ-qaralar"ın futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurublar.
Bu, yarışın tarixində antirekorddur. "Qarabağ" isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.
"Neftçi"nin avtoqollarından 8-i "Qarabağ"la görüşlərə təsadüf edib.