Azərbaycan çempionatında 3-cü dövrə yekunlaşdı - Premyer Liqa

Azərbaycan çempionatında 3-cü dövrə yekunlaşdı - Premyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasında  27-ci tura - həmçinin, 3-cü dövrəyə yekun vurulub.

mediasport.az xəbər verir ki, hesabat turunun son qarşılaşması Qəbələdə oynanılıb.

Turun əvvəlki görüşlərində "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib, "Səbail" evdə "Turan Tovuz"la 1:1, "Neftçi" isə "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib.


Azərbaycan Premyer Liqası. 27-ci tur


"Qəbələ" - "Şamaxı" 2:0

Qollar: Əyyub Allaş, 20, 45+1.

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu.

N Klublar O Q H M T-F X
1 Qarabağ 27 22 5 0 70-15 71
2 Sabah 27 19 5 3 59-18 62
3 Neftçi 27 17 5 5 49-24 56
4 Zirə 27 10 7 10 30-36 37
5 Qəbələ 27 9 9 9 32-32 36
6 Turan Tovuz 27 7 7 13 21-35 28
7 Kəpəz 27 4 10 13 27-49 22
8 Sumqayıt 27 5 6 16 17-50 21
9 Şamaxı 27 4 8 15 23-43 20
10 Səbail 27 4 6 17 20-46 18


Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 14 qol
Emin Mahmudov ("Neftçi") - 14 qol
Aleksey Kaşuk ("Sabah") - 11 qol