Mutu istədi, "Neftçi" rəhbərliyi 500 minlik braziliyalını gətirdi - RƏSMİ
Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
MediaSport.az xəbər verir ki, Adrian Mutunun rəhbərlik etdiyi paytaxt təmsilçisi, bir neçə gün öncə xəbər verdiyimiz kimi (https://mediasport.az/mutunun-neftciye-getirmek-istediyi-ilk-futbolcu-mueyyenlesdi), Rumıniyanın ÇFR (Kluj) klubundan Yuri Matiası transfer edib.
Braziliyalı futbolçu ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı mərkəz müdafiəçisi "Neftçi"nin heyətində 44 nömrəli formanı geyinəcək.
"Sambaçı" vətənində “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022-ci illər mövsümündə ÇFR-lə Rumıniya çempionu olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi də heyətinə qatıb.