Tovuz stadionunu "İstefa, istefa" şüarları bürüdü, klub rəhbəri tribunadan qaçdı - FOTOLAR
"Kəpəz" Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Şamaxı"nı qəbul edir.
Mediasport.az saytının Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşün 20-ci dəqiqəsində şamaxılılar 2-ci qolu vurunca Gəncə azarkeşlərinin əsəbi tarıma çəkildi.
Hazırda "İlqar, istefa", "Rədd olun, gedin" şüarlarının bürüdüyü arenada "Xəmsə" azarkeş dəstəsi və digər gəncəli fanatlar klub rəhbəri İlqar Nadiriyə etirazlarını bildirirlər.
Vəziyyətin qəlizləşdiyini görən Nadiri yer aldığı VİP lojadan ayrılaraq tribunanı tərk edib.
Xatırladaq ki, "Şamaxı" 2:0 hesabı ilə qalib gəlir.