"Turan Tovuz"un liderinə çevrilən Braziliya mətbuatına danışdı

"Turan Tovuz"un liderinə çevrilən Braziliya mətbuatına danışdı

"Həmişə müdafiəyə daha çox diqqət ayıran, komandanın hücuma çıxmasına kömək edən oyunçu olmuşam. Ona görə hücumlarda az hallarda iştirak edirəm".

Mediasport.az xəbər verir ki, bu sözləri Braziliya mətbuatına açıqlamasında "Turan-Tovuz"un yarımmüdafiəçisi Kristian da Silva deyib.

35 yaşlı cənubi amerikalı Tovuz klubunun heyətində çıxışlarını dəyərləndirib:

"Artıq bu mövsümdən meydanda daha çox sərbəstliyim var. Bu, statistikada da özünü göstərir. Ümid edirəm ki, bundan sonra daha çox qol vurub rekordumu qıra biləcəyəm".

Xatırladaq ki, "Turan Tovuz"a mövsümün əvvəlində "Sabah"dan gələn Kristianın aktivində 2 qol var.