Samir Abasov 30-cu, komandası "Neftçi" isə ilk qələbəsini qazandı

Samir Abasov 30-cu, komandası "Neftçi" isə ilk qələbəsini qazandı

"Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turunda "Səbail"i məğlub edib (3:1) və cari mövsüm ilk qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, eyni zamanda, Samir Abasov "Neftçi"nin baş məşqçisi postunda 30-cu çempionat qələbəsini qazanıb.

Təcrübəli çalışdırıcının paytaxt təmsilçisinə rəhbərlik etdiyi 2020-2022-ci illərdə "ağ-qaralar" Elitada 29 dəfə qalib gəlmişdi.

Bakı klubu mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.