Tovuzda "qonşular"ın mübarizəsi, son çempion Sumqayıt səfərində

Tovuzda "qonşular"ın mübarizəsi, son çempion Sumqayıt səfərində

Bu gün Azərbaycan Premyer Liqasında birinci dövrənin sonuncu - 9-cu turuna yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 2 görüş baş tutacaq.

Qonşu pillələrdə qərarlaşan "Zirə" və "Turan Tovuz" münasibətlərinə aydınlıq gətirəcəklər.

Son çempion "Qarabağ" Sumqayıtda "gənclik şəhəri" təmsilçisinin qonağı olacaq.

Turun açılış matçında "Neftçi" "Kəpəz"ə uduzub (3:4), dünən "Səbail" "Şamaxı"nı məğlub edib (2:0), "Sabah" - "Araz-Naxçıvan" duelində "sülh" qeydə alınıb (1:1).

Azərbaycan Premyer Liqası. 9-cu tur

6 oktyabr

17:45 "Turan Tovuz" - "Zirə"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Tovuz şəhər stadionu.

20:00 "Sumqayıt" - "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Mehdi Hüseynzadə adına stadion.