Türkiyədə Superliqasında "İsrail-Fələstin" qalmaqalı - Polis qol vuran forvardı nəzarətə götürüb

Türkiyədə Superliqasında "İsrail-Fələstin" qalmaqalı - Polis qol vuran forvardı nəzarətə götürüb

Futbol üzrə Türkiyə Superliqasının 20-ci turunun "Antalyaspor" - "Trabzonspor" matçında fərqlənən meydan sahiblərinin forvardı Sagiv Yeheskelin qol sevinci qalmaqal yaradıb.

Mediasport.az xəbər verir ki, israilli futbolçu əl sarğısında İsrailin Fələstinə qarşı hazırda davam edən müharibənin başlanğıc tarixinə işarə vurub.

Biləyinə yazılmış "7 oktyabr, 100-cü gün" şüarı Türkiyədə xoş qarşılanmayıb.

Bu barədə açıqlama verən klub prezidenti Sinan Boztepe futbolçunun heyətdən kənarlaşdırılacağını deyib.

Türkiyə Futbol Federasiyası isə hadisəyə rəsmi sosial şəbəkə hesablarından paylaşımla münasibət bildirib. Yerli futbol qurumu 28 yaşlı oyunçunun hərəkətini qəbuledilməz adlandırıb.

Türkiyə Cumhuriyyətinin konstitusiyasına zidd hesab olunan hərəkətlə bağlı Ədliyyə Nazirliyi tərəfindən araşdırma başlanıb.

Futbolçu şəhərin Daxili İşlər Nazirliyinin idman və terrora qarşı mübarizə idarəsi tərəfindən polis nəzarətinə alınıb.


Fərid