"Qalatasaray" İsveçrə klubu ilə üz-üzə - UEFA Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində daha 4 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.
Mediasport.az xəbər verir ki, son Türkiyə çempionu "Qalatasaray" səfərdə "Yanq Boys"un qonağı olacaq.
Cavab qarşılaşmaları avqustun 27-28-də oynanılacaq.
Xatırladaq ki, bu mərhələnin ilk oyun günündə 3 görüş keçirilib.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyunlar
23:00 "Yanq Boys" (İsveçrə) - "Qalatasaray" (Türkiyə)
23:00 "Midtyulland" (Danimarka) - "Slovan" (Slovakiya)
23:00 "Dinamo" (Kiyev, Ukrayna) - "Zalsburq" (Avstriya)
23:00 "Malmö" (İsveç) - "Sparta" (Praqa, Çexiya)